Bu gün şahmat üzrə onlayn superturnirdə beşinci turun növbəti görüşləri keçiriləcək

Bu gün şahmat üzrə onlayn superturnirdə beşinci turun növbəti görüşləri keçiriləcək

27.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Aprelin 27-də onlayn şahmat turnirində beşinci turun növbəti iki görüşü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turun son oyunlarında amerikalı şahmatçı Fabiano Karuana həmyerlisi Hikaru Nakamura, rusiyalı Yan Nepomnyaşi çinli Liren Dinq ilə üz-üzə gələcəklər.

Hazırda dünya çempionu Maqnus Karlsen 11 xalla turnir cədvəlinin lideridir. H.Nakamuranın 10, F.Karuana və L.Dinqin 8, fransalı Maksim Vaşe-Laqrav və Y.Nepomnyaşinin 5, niderlandlı Aniş Girinin 4, FIDE təmsilçisi Əlirza Firuzcanın 3 xalı var.

Share