“Formula-1”də mövsümün başlama tarixi müəyyənləşib
27.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Formula-1” üzrə dünya çempionatının yeni mövsümünün təxmini başlama tarixi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu barədə qurumun rəsmi tvitter səhifəsi paylaşım edib.
Bildirilib ki, mövsümün 15-18 yarışdan ibarət olması və həftəsonları keçirilməsi planlaşdırılır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq keçirilməyən “Formula-1″in 3-5 iyul tarixində Avstriya Qran-Prisi ilə başlaması hədəflənib.
Qeyd edək ki, mövsümün əvvəlki 10 mərhələsindən üçü ləğv edilib, yeddisi, o cümlədən Azərbaycan Qran-Prisi qeyri-müəyyən müddətə təxirə salınıb.











