Formula 1 Fransa Qran-Prisi ləğv olunub

Formula 1 Fransa Qran-Prisi ləğv olunub

27.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İyunun 26-28-də keçirilməsi nəzərdə tutulan Formula 1 Fransa Qran-Prisi ləğv olunub.

AZƏRTAC xəbər verir ki, buna səbəb Fransa hökumətinin koronavirus pandemiyasına görə ölkədə kütləvi idman yarışlarına qoyulan qadağa müddətini iyulun ortalarınadək uzatması olub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Formula 1 üzrə dünya çempionatının startı gecikir. Belə ki, Avstraliya və Monako yarışları ləğv olunub. Vyetnam, Çin, Bəhreyn, İspaniya, Niderland, Azərbaycan və Kanada mərhələləri isə qeyri-müəyyən vaxta təxirə salınıb. Formula 1 yarışlarının yeni mövsümünə iyulun 3-5-də keçiriləcək Avstriya Qran-Prisi ilə start verilə bilər.

Share