Paylaşımlarının dəyəri 800 min dollardan başlayır
27.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Amerikalı müğənni Selena Qomez “Clothes Forever-Styling Game” oyununun yaradıcılarını məhkəməyə verib.
buna səbəb isə yaradıcıların müğənnidən icazəsiz fotosunu həmin oyunda istifadə etməsidir.
10 milyon dollar təzminat tələb edən Selena məhkəmədə özünə haqq qazandırmaq üçün İnstaqram paylaşımlarının dəyərini də açıqlayıb.
Məlub olub ki, 27 yaşlı ifaçının öz iştirakı ilə postunun qiyməti 800 min dolardan başlayır.
Selena eyni zamanda oyunun xeyli sayda mənfi rəy aldığını və reklam gəlirlərinə zərər verdiyini də bildirib.











