Tovuzda kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Tovuzda kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

27.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Qırıxlı kəndində qeydə alınıb. 

Kənd sakini, 1977-ci il təvəllüdlü Azər Rzayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. 

Müayinə zamanı 43 yaşlı kişinin 2 bıçaq yarası aldığı müəyyən edilib. Xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Onun kim tərəfindən bıçaqlandığı məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.

 

Share