"Arsenal" məşqləri bərpa edib
28.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Londonun “Arsenal” futbol klubu məşqləri bərpa edib.
AZƏRTAC İngiltərə mətbuatına istinadla xəbər verir ki, Aleksandr Lyakazett, David Luis, Qranit Caka klubun bazasına daxil olarkən görülüb. Futbolçular meydanda məsafə qaydalarına əməl edərək fərdi şəkildə məşq ediblər.
Beləliklə, “Arsenal” Premyer Liqa təmsilçiləri arasında məşqləri bərpa edən birinci klub olub.











