“Normandiya dördlüyü” ölkələrinin XİN başçılarının video-konfransı keçiriləcək
28.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Normandiya formatı”na daxil olan ölkələrin (Rusiya, Almaniya, Fransa, Ukrayna) Xarici İşlər nazirlərinin video-konfransı keçiriləcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba mətbuat konfransında deyib.
Onun sözlərinə görə, videokonfrans bu cümə axşamı – aprelin 30-da keçiriləcək: “Dörd ölkənin Xarici İşlər nazirləri konfransa qatılacaq. Onlara bu konfransda iştirak edəcəkləri üçün minnətdaram”, – deyə D.Kuleba bildirib.











