"Uşaqdı, səhv edib" –  Ədalətdən Ayana cavab

"Uşaqdı, səhv edib" – Ədalətdən Ayana cavab

28.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Əməkdar artist Ədalət Şükürov müğənni Ayan Babakişiyevanın onun ünvanına dediyi sözlərə cavab verib.

Şükürov “Ən yaxşısı” verilişində duet ortağının onun ünvanına söylədiyi “Ədalətlə bir də duet oxumaram” sözlərinə belə reaksiya verib:

“Duet çətin bir işdir. Kişinin kişi ilə oxuması lap çətindir. Kişi ilə qadın oxuyanda da diqqət edilməlidir. Ayan cavandır, uşaqdır, deyib da… Vaxtında mən Ayana, “Qala” qrupuna, bir çoxlarına kömək etmişəm. Həmişə zəng edirlər, yada salırlar. Bir çox müğənnilər var ki, Manana, Röya, Aygün Bəylərlə oxumuşam.

Cavan uşaqdı, deyib, mənə yaraşmaz cavab vermək. Səhv edib deyib, amma özü bilər”.

Share