FIFA20 Milli Liqasında 12-ci tura yekun vurulub

FIFA20 Milli Liqasında 12-ci tura yekun vurulub

28.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkil etdiyi FIFA20 Milli Liqasında 12-ci tur başa çatıb.

AZƏRTAC xəbər verir ki, 38 matçlıq marafona hələ də rəqib tanımayan Cavid Qurbanovun təmsil etdiyi “Nakhchivan Alinja Tower” kollektivi başçılıq edir. Ardıcıl 8 oyundur ki qələbə qazanan Nicat Aslanzadənin idarə etdiyi “Sumqayit Peacekeepers” xallarının sayını 31-ə çatdıraraq, ikinci pillədəki mövqeyini bir az da möhkəmləndirib. Liqa ilk dövrənin sonuna yaxınlaşdıqca, orta pillələrdə yer alan kollektivlər arasında mübarizə daha da gərginləşir. Turnir cədvəlində növbəti 3 yeri hərəyə 25 xal toplayan “Shaki Khans”, “Karabakh Horses” və “Kalbacar Wolves” komandaları bölüşürlər. Rəqiblərindən cəmi 2 xal geri qalan İbrahim Kərimovun “Gobustan Stones” klubu 6-cı, aktivinə ümumilikdə 22 xal yazdırmağı bacaran “Khizi Mountains” isə 7-ci pillədə qərarlaşıb. Hələ də qələbə üzünə həsrət qalan “Neftchala Sailors” və “Mingachevir Energizers” komandaları isə hərəyə 4 xalla autsayderlər qrupunu təşkil edirlər.

FIFA20 Milli Liqasının növbəti turları aprelin 29-30-da keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan 21:00-dək “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalından, İdman TV-nin şərhçilərinin təqdimatında izləyə bilərlər.

Share