Maştağada baş verən yanğın söndürülüb – FOTO – VİDEO

Maştağada baş verən yanğın söndürülüb – FOTO – VİDEO

28.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, yanğının digər evlərə keçməsinin qarşısını alınıb.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

saat 12:32

Bakıda yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Fərdi evlərdən birində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. 

Sail Ağasəlim

Share