Yoşiro Mori: Əgər 2021-ci ilədək koronavirus məğlub edilməsə, Olimpiya Oyunları təxirə salınacaq

Yoşiro Mori: Əgər 2021-ci ilədək koronavirus məğlub edilməsə, Olimpiya Oyunları təxirə salınacaq

28.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bir il sonraya keçirilmiş “Tokio 2020” Yay Olimpiya Oyunları 2021-ci ilədək koronavirus pandemiyası məğlub olunmasa, yenidən təxirə salına bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Nikkansports” həftəliyinə müsahibəsində Olimpiya Oyunlarının təşkilat komitəsinin sədri Yoşiro Mori bildirib.

Nəşrin müxbirinin “Koronavirusla əlaqədar vəziyyət gərgin qalacağı təqdirdə Olimpiada yenə təxirə salına bilərmi” sualını cavablandıran Y.Mori belə olacağı təqdirdə yarışların təxirə salınacağını bildirib. Təşkilat komitəsinin sədri xatırladıb ki, əvvəllər müharibə ilə əlaqədar oyunlar təxirə salınıb. Bu gün isə biz görünməyən düşmənə qarşı mübarizə aparırıq.

Y.Mori əlavə edib ki, əgər Olimpiada 2021-ci ildə, insanlıq koronavirusa qalib gəldikdən sonra təşkil edilərsə, bu yarışlar daha böyük dəyər qazanacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Share