Bu il respublikada baş verən partlayışlarda 18 nəfər xəsarət alıb

Bu il respublikada baş verən partlayışlarda 18 nəfər xəsarət alıb

28.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin 3 ayında Azərbaycanda baş verən partlayışlarda 18 nəfər xəsarət alıb. 

APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rüblük statitistik məlumatlarında qeyd edilib. 

Bildirilib ki, cari ilin I rübü ərzində respublika ərazisində 13 partlayış hadisəsi baş verib.  Bu da 2019-cu ilin I rübü ilə müqayisədə 10 hadisə və ya  43% azdır.

Partlayışlar zamanı 18 nəfər xəsarət alıb.

Share