Namiq onları “səmimiyyətsiz” adlandırdı
28.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Artıq 41 yaşım var, tək şou-bizbesdə yox, bu həyatda çox şeylər görmüşəm. Yalnış dostlar olur. Amma yaxşıları da var. Bu həyat mənə gözəl dostlar da qazandırıb”.
bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “MTV”yə müsahibəsində şou-biznesdəki dostluqlarından danışarkən deyib. Sənətçi həmkarlarını səmimiyyətsiz adlandırıb:
“Yaxşı və pis günümdə yanımda olublar. Uğuruma sevinən, qəmli günümə qəmlənən dostlarım var. Amma soruşsanız ki, səmimiyyət var? Məncə, yoxdur. Burada müxtəlif adamlar var. Düşünürəm ki, sadəcə salam-sağol, zarafat bu yetərlidir. Bir az dərinə getsələr artıq məyusluq əmələ gələ bilər. Dərəcəsində dostluq etməyə dəyər.
Hərənin öz ruzisi, tamaşaçısı var. Düşünmürəm rəqabət buna mane ola bilər. Sadəcə olaraq xarakter. O adamla yola çıxarsan, yarımçıq qoya bilər səni. Ona görə də yola çıxma da qardaş. Ona görə də gördün görüşdün, spirtləndin, vəssəlam, qurtardı getdi”.











