Mingəçevir sakini Kürdə batarkən xilas olunub
28.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Mingəçevirdə çayda batan qadın xilas edilib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində baş verib.
1991-ci il təvəllüdlü şəhər sakini Fərzəliyeva Bahar İman qızı çayda batmaq təhlükəsilə üzləşib. Ətrafdakıların çevik müdaxiləsi ilə qadan sudan çıxarılaraq xəstəxanaya çatdırılıb.











