Azərbaycanda qar yağdı

Azərbaycanda qar yağdı

28.04.2020 Off By Füzuli İsmayılov

Bu gün saat 21:00-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Xaçmaz, Quba, Qusar, Xaltan, Lerik, Kişçay (Şəki), Sarıbaş (Qax), Xınalıq, Şabran, Nabranda yağış, Şahdağ və Qrızda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, şimal-qərb küləyi arabir Tərtərdə 27 m/s, Naftalanda 26 m/s, Gəncə, Neftçalada 20 m/s, Bakıda 30 m/s, Sumqayıtda 24 m/s, Maştağada 19 m/s, Zabratda 18 m/s, Neft Daşlarında 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürluyu 2.8 metrə çatıb.

Girdimançayda (İsmayıllı) güclü leysan yağış, dolu ilə müşahidə edilib. Yağıntının miqdarı 20 mm, dolunun diametri 2 mm olub.

“Hakimiyyət” qəzeti

Share