Futbol üzrə Fransa çempionatı vaxtından əvvəl başa çatıb

Futbol üzrə Fransa çempionatı vaxtından əvvəl başa çatıb

29.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Fransanın 2019-2020-ci il mövsümünün futbol üzrə çempionatı vaxtından əvvəl başa çatıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti bildirib.

Yarış koronavirus pandemiyasına görə martın 13-də dayandırılıb. Çərşənbə axşamı ölkənin baş naziri Eduar Filipp bildirib ki, kütləvi idman tədbirləri sentyabra qədər keçirilməyəcək.

Federasiya bəyanatında ölkə yarışının keçirilməsi ilə məşğul olan peşəkar futbol liqasından Fransa birinciliyinin idman nəticələri haqqında informasiyanı mümkün qədər tez verməyi xahiş edib. Federasiyanın İcraiyyə Komitəsi 2020-2021-ci il mövsümü çempionatının başlanması üçün şərtləri müzakirə etmək məqsədilə yaxın vaxtlarda toplaşacaq.

Daha əvvəl UEFA milli çempionatları avqustun 2-ə qədər başa çatdırmağı məsləhət görüb.

 

Share