Ermənistanda atışma zamanı yaralanan iki nəfər xəstəxanada qətlə yetirilib
29.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Ermənistanın Qavar şəhərində silahlı insident zamanı yaralanan iki nəfər qisas məqsədilə xəstəxanada öldürülüb.
APA-nın məlumatına görə, bu barədə “Sputnik Armenia” xəbər verib.
Bundan əvvəl verilən məlumatda bildirilib ki, atıçmada 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ehtimal olunur ki, yaralılardan ikisi hadisə yerindən qaçan zaman yol qəzası nəticəsində xəsarət alıb.
İlkin məlumatlara görə, zərərçəkmişlərdən birinin qohumları təhlükəsizliyin aparıldığı xəstəxanaya hücum edib. Onlar dəyənək və bıçaqla silahlanaraq tibb müəssisəsindəki mebelləri məhv edib, polisə müqavimət göstərib və iki yaralı qardaşın yatdığı palataya soxulublar. Daha sonra həmin şəxslər yaralıların boğazını kəsərək hadisə yerindən yoxa çıxıblar.
Faktla bağlı “iki və ya daha çox şəxsin öldürülməsi”, “qanunsuz silah və sursat əldə etmə və saxlama” maddələri ilə cinayət işi başlanıb.











