İspaniyada futbol klubları mayda məşqləri bərpa edə biləcəklər
29.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
İspaniyada futbol klubları mayın 4-dən etibarən məşqləri bərpa edə biləcəklər.
AZƏRTAC “Marca”ya istinadla xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançes Nazirlər Şurasının aprelin 28-də keçirilən iclasından sonra deyib. O, komandaların öz bazalarında hazırlığa başlayacaqlarını bildirib.
Xatırladaq ki, İspaniyada bütün çempionatlar martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb.











