Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs tutulub

Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs tutulub

29.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki “28 Mall” ticarət mərkəzində baş verib.

Martın 9-da mərkəzdəki mağazaların birində paltar dəyişmə otağında naməlum şəxs müştəriyə məxsus, içərisində 516 manat olan pul kisəsini oğurlayıb. 

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü T. Talıbzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Share