Qaxda fermadan 71 baş keçi oğurlayan çoban saxlanılıb

Qaxda fermadan 71 baş keçi oğurlayan çoban saxlanılıb

29.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Qax Rayon Polis Şöbəsinə rayonun Ləkit kəndində yerləşən fermadan cari ilin yanvar ayından aprel ayınadək olan müddət ərzində ümumi dəyəri 11 min manata yaxın olan 71 baş xırdabuynuzlu heyvanların oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən  keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 71 baş keçini oğurlayan şəxsin həmin fermada çoban işləyən Zaqatala rayonu Gözbarax kənd sakini Şirin Məmmədov olduğu müəyyənləşib. O, şübhəli şəxs qismində saxlanılıb. 

Ş.Məmmədov törətdiyi cinayət əməlini etiraf edib və keçiləri oğurlayaraq, Qax və Zaqatala rayonlarında ayrı-ayrı şəxslərə satdığını bildirib. Əldə etdiyi pulu isə özünün əyləncəsi üçün xərcləyib. Polis əməkdaşları tərəfindən həmin heyvanları alan şəxslər də müəyyən edilib. 

Faktla bağlı Qax RPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

 

Share