İftar süfrəsində bu üç resepti hazırlayın

İftar süfrəsində bu üç resepti hazırlayın

29.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Axşam.az iftar süfrəsi üçün reseptlər təqdim edir:

Tarhana şorbası

Ərzaqlar:
Soğan – 1 ədəd
1 xörək qaşığı duru yağ
1 çay qaşığı tomat pastası
1 qırmızı bibər
2 ədəd şirin bibər
1 pomidor
2 yemək qaşığı un
Yarım stəkan tarhana
5 stəkan isti su
4 yemək qaşığı süzmə qatıq
2 yemək qaşığı kərə yağı
Duz

Üzəri üçün quru nanə

Hazırlanması:
Soğanı yağ və tomat pastası ilə birlikdə qovurun. Sonra doğranmş bibər və pomidoru əlavə edin. Üzərinə unu tökün və 2 dəqiqə daha qovurun. Qaynar suda əritdiyiniz tarhana və suyu qarışdıra-qarışdıra tökün və qaynamağa qoyun. Qatığı başqa bir qabda qarışdırın və isti şorbadan az əlavə edib qarışdırın. Daha sonra onu qazandakı şorbaya töküb qarışdırın. Birlikdə azca qaynadın. Süfrəyə verərkən üzərinə nanə qurusu səpin.

Ətli toplar

Ərzaqlar:
750 qr. qiymə
1 stəkan bulqur və 1 yumurta
Yarım dəstə cəfəri və 1 yemək qaşığı un
1 stəkan bişmiş noxud
1 yemək qaşığı kərə yağı
1 yemək qaşığı tomat pastası
1 çay qaşığı biber pastası
4 stəkan ət suyu
Duz, istiot zövqə görə
Üzəri üçün 7-8 xırda doğranmış cəfəri

Hazırlanması:
Qiymə, bulqur, yumurta, xırda doğranmış cəfəri, un, duz və istiotu birlikdə yaxşıca qarışdırın. Balaca küftələr hazırlayın. Tomat və bibər pastasını kərəyğında qovurun. Ət suyunu əlavə edib qaynadın. qaynayandan sonra küftə və noxudu tökün və vam odda bişirin. Süfrəyə verərkən üzərinə cəfəri doğrayın.

Evdə sufle hazırla

Ərzaqlar:
50 qr. kərə yağı
125 qr. tünd şokolad
50 qr. un və 2 yumurta
50 qr şəkər tozu
Üzəri üçün pudra şəkəri

Hazırlanması:

Kərə yağı və şokoladı qaba qoyub buxarda əridin. Başqa bir qabda yumurtaları beze halına gələnə qədər mikserlə qarışdırın. Şəkər tozunu əlavə edib qarışdırmağa davam edin. Əritdiyiniz şokolad və yağa unu töküb qarışdırın. Daha sonra yumurtaya töküb bir az mikserlə qarışdırın. Sobaya qoya biləcəyiniz balaca qablara qarışıqdan tökün və 160 dərəcədə 11-12 dəqiqə bişirin. Sufle qabarıb üzəri çatlayanda götürün. Üzərinə pudra şəkəri səpib süfrəyə verin.

Share