Cənubi Koreyada tikinti sahəsində baş verən yanğında ölənlərin sayı 37-yə çatıb

Cənubi Koreyada tikinti sahəsində baş verən yanğında ölənlərin sayı 37-yə çatıb

29.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Cənubi Koreyanın İçon şəhərində tikinti sahəsində baş verən yanğında ölənlərin sayı artıb.

APA-nın “Çunan ilbo” qəzetinə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

***

saat 15:05

Cənubi Koreyanın İçon şəhərində tikinti sahəsində baş verən yanğında 25 nəfər ölüb.

APA-nın “Yonhap” agentliyinə istinadən verdiyi xəbərə görə, yanğında həyatını itirənlər paytaxt Seul şəhərindən 80 km cənub-şərqdə yerləşən İçon şəhərində anbar tikintisində çalışıblar.

Yanğında 7 nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, işçilər anbarın yeraltı hissəsində tez alışan materialla izolasiya işləri apararkən partlayış baş verib və yanğın çox sürətlə yayılıb. 

Share