Sumqayıt sakini qonaq getdiyi evdə ölüb
29.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Sumqayıt sakini qonaq getdiyi evdə ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Belə ki, dostunun evinə yeyib-içməyə gələn 1969-cu il təvəllüdlü Əliyev Namiq Məmməd oğlu məclisdən sonra qəflətən ölüb. 51 yaşlı kişinin ölüm səbəbləri araşdırılır. Onun spirtli içkidən öldüyü ehtimal olunur. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.










