AMB dövriyyədə olan notlarının həcmini artırıb
29.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notları 29 aprel 2020-ci il tarixinə 872,26 mln. manat təşkil edib.
“APA-Economics”in AMB-yə istinadən verdiyi məlumata görə, dövriyyədə olan notların həcmi son bir həftə ərzində 62,3 mln. manat və ya 7,7%, son iki həftə ərzində isə 262,3 mln. manat və ya 43% artıb.











