“Xarabalıqdan çıxan milyonçu”nun ulduzu vəfat edib
29.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Xarabalıqdan çıxan milyonçu” filminin ulduzu, hindistanlı aktyor İrfan Xan vəfat edib.
53 yaşlı Bollivud ulduzu Mumbay şəhərindəki xəstəxanaların birində dünyasını dəyişib.
İrfanın ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, aktyor 2018-ci ildə neyroendokrin şişlərdən əziyyət çəkdiyini bildirmişdi. O, Londonda müalicə olunurdu.











