Tovuzda maşın aşıb, 3 nəfər xəsarət alıb
29.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Xatınlı kəndində 1984-cü il təvəllüdlü Azər Yusibov un idarə etdiyi “VAZ 21099” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə sürücü və avtomobildə olan 2 nəfər sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.











