Bakı-Şamaxı yolunda qəza baş verib, yaralanan var

Bakı-Şamaxı yolunda qəza baş verib, yaralanan var

29.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakı-Şamaxı yolunda, Hökməli dairəsi adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək yolun mərkəzi hissəsində “ISUZU” markalı yük avtomobilinə çırpılıb. Qəza zamanı “VAZ 2107” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Orxan Dadaşov müxtəlif bədən xəsarətləri alaraq 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

 

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hazırda qəzanın baş verdiyi ərazidə sıxlıq müşahidə olunur. Faktla bağlı araşdırma aparılır.

Sail Ağasəlim

Share