Münasibətə başlamaq üçün şərt qoyub
29.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Taxt oyunları” serialının ulduzu Sofi Törnerin həyat yoldaşı, müğənni Co Conasla münasibətə başlamazdan əvvəl ona şərt qoyduğu məlum olub.
bu barədə ifaçı “The Late Late Show with James Corden” verilişində qonaq olarkən bildirib:
“Sofi mənim qarşıma qəribə şərt qoydu. Onunla görüşmək üçün “Harri Potter” filmlərinin bütün hissələrini izləməli olduğumu dedi. İzah etdi ki, Britaniyada Milad bayramı ərəfəsində bu filmə baxmaq adətdir. Mən özümü itirmədim və ona “Üzüklərin hökmdarı” serialına baxmağı təklif etdim”.
Qeyd edək ki, Sofi Törner və Co Conas ötən ilin mayında ailə qurublar. Cütlük valideyn olmağa hazırlaşır.











