Britaniya koronavirusdan ölənlərin sayına görə Avropada 2-ci olub
29.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Böyük Britaniya koronavirusdan ölənlərin sayına görə Avropada ikinci olub.
APA RİA Novostoyə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici işlər naziri Dominik Raab bildirib.
Qeyd edilib ki, son sutkada ölüm sayı 765 nəfər olub. Dünyasını dəyişənlərin ümumi sayı isə 26097 nəfərə yüksəlib.
Son 24 saatda yeni virusa yoluxanların sayı 4 076 nəfərdir. Ölkə üzrə bu rəqəm 165 221 nəfərdir.











