Tovuzda maşın aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
29.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Xatınlı kəndində 1984-cü il təvəllüdlü Azər Yusibovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə Tovuz rayonu Qədirli kənd sakini, 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu ölüb, həmin kənd sakini, 1983-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlu və Xantalı kənd sakini, 1999-cu il təvəllüdlü Alıyev İdris İlqar oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.











