Azərbaycan əhalisi nağd dollar alışını artırıb

Azərbaycan əhalisi nağd dollar alışını artırıb

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin mart ayı ərzində Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 1 163 373 min dollar təşkil edib.

“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, bu da fevral ayı ilə müqayisədə 4,4 dəfə çoxdur.

Bildirək ki, bu ilin birinci rübü ərzində əhaliyə satılan nağd dollar kütləsinin həcmi 1 647 040,2 min dollar təşkil edib.

Hesabata əsasən, mart ayında əhalidən alınan nağd dollar kütləsinin həcmi isə 86 101,6 min dollar olub, bu isə fevral ayı ilə müqayisədə 33% azalma deməkdir.

Qeyd edək ki, bu ilin birinci rübündə ölkədə banklar tərəfindən əhalidən alınan nağd dollar kütləsinin həcmi 343 153,1 min dollar təşkil edib.

Share