"Şou-biznesdə muğam bilməyən köstəbəklər var" – Elzadan sərt sözlər
30.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
bu sözləri Əməkdar artist Elza Seyidcahan “Söhbət var” verilişində deyib. Başına antena formasında aksessuar taxıb proqrama çələn müğənni özünü tərifləyir:
“Quyuya su tökməklə quyu dolmur. Bəzilərinə not öyrətmişəm. İndi bəzisinə notdan dərs keçsəm, allergiya olarlar. Onlar başlarına antena taxmalıdırlar ki, içlərindəki virusu təmizləsinlər. Koronavirus deyir ki, mən sağaldım, siz də sağalın çıxım gedim.
Şou-biznesin bəzi naxələf adamları, yeyib-itirənləri, “net-da” bilməyib, efirdə rus dilində danışanları çoxdur. Günlərlə dişlərini yumayanlar brenddən danışırlar. Muğam bilməyənlər, köstəbəklər çoxdur”.











