Türkiyədə koronavirusdan 93 nəfər öldü
30.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 120 min 204 nəfərə çatıb.
bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saat ərzində ölkədə 93 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 2615 nəfər isə infeksiyaya yoluxub.
Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 3174 nəfərə çatıb.
Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 4846 nəfər təşkil edir.










