Mərkəzi Afrika Respublikasında baş vermiş silahlı toqquşmada azı 50 nəfər ölüb

Mərkəzi Afrika Respublikasında baş vermiş silahlı toqquşmada azı 50 nəfər ölüb

01.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Mərkəzi Afrika Respublikasının şimalındakı Ndele şəhərində silahlı qruplaşmalar arasında baş verən qarşıdurmalarda 50-dən çox adam ölüb.

APA xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, artıq 53 nəfər – 28 hərbçi və 25 mülki şəxs dəfn edilib. Silahlı toqquşmaların episentri mərkəzi şəhər bazarı olub.

Bundan əvvəl “France Presse” agentliyi xəbər verib ki, 29 apreldə Ndeledə baş vermiş toqquşmalarda 21-i dinc sakin olmaqla, azı 25 adam ölüb və təxminən 50 adam da yaralanıb.

Share