Azərbaycan voleybolçusu karyerasını Belarusda davam etdirəcək

Azərbaycan voleybolçusu karyerasını Belarusda davam etdirəcək

01.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova karyerasını Belarusda davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, voleybolçu “Minçanka” klubu ilə birillik müqavilə imzalayıb. Diaqonal oyunçusu yeni klubunda 10 nömrəli forma ilə çıxış edəcək.

2012-2017-ci illərdə Bakının “Telekom” klubunda oynamış M.Əzizova Azərbaycan çempionatlarının qızıl və gümüş medallarını qazanıb. O, Türkiyə və Polşa klublarında da legioner həyatı yaşayıb.

Qeyd edək ki, “Minçanka” komandası Rusiya Superliqasında çıxış edir.

Share