Azərbaycanda noutbukların bazar payı artıb

Azərbaycanda noutbukların bazar payı artıb

01.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin aprel ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı mart ayı ilə müqayisədə 5,6 faiz bəndi artıb.

“APA-Economics”in “Global Stats” Statistika Mərkəzinə istinadən verdiyi məlumata görə, noutbukların bazar payı may ayının 1-nə 63% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz bəndi çoxdur.

Mərkəzin məlumatına əsasən, bu ilin aprel ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı mart ayı ilə müqayisədə 5,5 faiz bəndi azalaraq may ayının 1-nə 35,8% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 9,5 faiz bəndi azdır.

Hesabatda may ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,27% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,36 faiz bəndi azdır. Bu seqment üzrə bu ilin aprel ayı ərzində (mart ayı ilə müqayisədə) 0,03 faiz bəndi azalma müşahidə olunub.

Share