Rusiyada koronavirusa yoluxanların sayı 114 mini ötüb
01.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Rusiyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 7933 yoluxma halı qeydə alınıb, 96 nəfər vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiyada koronavirusa yoluxanların sayı 114 431 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 1169 nəfərə çatıb.
Rusiyada koronavirusdan ümumilikdə 13 220 nəfər sağalıb.











