“Microsoft”un Azərbaycanda bazar payı azalıb
01.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bu ilin aprel ayında “Android” əməliyyat sisteminin Azərbaycan bazarında payı mart ayı ilə müqayisədə 6,3 faiz bəndi artıb.
“APA-Economics”in “Global Stats” statistika mərkəzinə istinadən verdiyi məlumata görə, bu ilin may ayının 1-nə “Android”in ölkənin əməliyyat sistemi bazarında olan payı 55,5% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 9,1 faiz bəndi çoxdur.
Mart ayı ilə müqayisədə apreldə “Microsoft Windows” əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 5,1 faiz bəndi azalaraq may ayının 1-nə 31% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 8,3 faiz bəndi azdır. “Microsoft”un proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.
Üçüncü mövqedə 8,2% bazar payı ilə iOS əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin aprel ayında martla müqayisədə 0,46 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 0,93 faiz bəndi azdır.
Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: OS X – 3,28%, naməlum əməliyyat sistemləri – 1,02%, “Linux” – 0,65% və s.










