İzləyicinin sualı Könülü özündən çıxardı:  "İnsanlıq koronavirus tanımır"

İzləyicinin sualı Könülü özündən çıxardı: "İnsanlıq koronavirus tanımır"

01.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Əməkdar artist Könül Kərimova paylaşımına şərh yazan izləyicisinə əsəbiləşib.

müğənni “Hansısa ailəyə yardım etdiniz” sualının ünvanlandığı şərhə sərt reaksiya verib. Kərimova etdiyi yardımları açıqlamadığını bildirib:

“Özünü insan övladı sanırsan, bizi yox? Yoxsa düşünürsən ki, koronavirus bizə insanlığı öyrədir? Yəqin ki, ən az sənin qədər düşünə bilirik. İnsanları tanımadan verdiyiniz suala belə diqqət edin. Diqqət edin ki, günah qazanmayasınız.

İnsanlıq koronavirus tanımır. İnsanları mühakimə etmək də sizə qalmayıb. Allah hər şeyi yaxşı görür. Siz heç zəhmət çəkməyin. Öz işinizlə məşğul olun. Allah sizi qorusun”.

Share