Milli Məclisin İşlər İdarəsi və Aparatının heyəti yenidən təyin edilib
01.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Milli Məclisdə struktur və kadr islahatları aparılması zərurəti yaranıb. Bununla əlaqədar artıq sərəncam imzalamışam”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
O bildirib ki, ötən 1 aya yaxın müddətdə Aparatın hər bir əməkdaşının işi təhlil edilib: “Milli Məclisin İşlər İdarəsinin və Aparatının heyəti yenidən təyin edilib. İnanıram ki, həyata keçirilən bu islahatlar parlamentin işinin daha yaxşı təşkil edilməsinə şərait yaradılacaq”.










