Bəzi rayonlarda restoranların fəaliyyəti bərpa olunur
01.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla digər rayon və şəhərlərdə və Naxçıvan Muxtar Respublikasında restoran, kafe və çay evlərində (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla) müştərilərə yerində xidmətlər bərpa olunur.
bununla bağlı Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, sözügedən fəaliyyət sahələri 4 may 2020-ci il saat 00:00-dan etibarən açılacaq.
Fəaliyyəti bərpa olunan sahələrə bulvar, park və istirahət məkanları da daxildir.










