Şəmkirdə 29 yaşlı kişi güllələnərək öldürülüb
01.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Şəmkir rayonunda qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni yol kəndində qeydə alınıb.
Belə ki, 29 yaşlı Hüseynov Qulu güllələnərək qətlə yetirilib. Hadisənin başvermə səbəbləri araşdırılır.










