Türkiyədə 84 nəfər koronavirusdan öldü – 4922-i sağaldı
01.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Türkiyədə koronavirus qurbanlarının sayı artmaqda davam edir.
bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
O bildirib ki, son 24 saat ərzində ölkədə 84 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 2188 nəfər isə infeksiyaya yoluxub.
Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 3258-ə, infeksiyaya yoluxma halı isə 122 392 nəfərə çatıb.
Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 4922 nəfər təşkil edir.











