“Sevgilim üçün darıxmaqdan arıqlamışam”
01.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
38 yaşlı amerikalı müğənni Britni Spirs karantin müddətində necə arıqlamasından danışıb.
ifaçı bu barədə sosial şəbəkədə məlumat verib.
“Bir neçə həftə əvvəl Luizianadan qayıtdığımdan bəri sevgilimi görməmişəm. Onun üçün darıxmaqdan arıqlamışam. İndi şalvar və şortiklərim bədənimə uyğun gəlmir”.
Qeyd edək ki, Britni fitness məşqçisi Sem Askeri ilə sevgilidir.












