İsraildə koronavirusa yoluxanların sayı 16,1 minə çatıb
01.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
İsraildə son sutkada 97 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb. Ümumilkdə 16101 yoluxma, 225 ölüm halı qeydə alınıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xəstələrinin sayı azalaraq 6720 nəfər olub. Vəziyyəti ağır olan xəstələrin sayı isə 103-ə enib. Onlardan 83 nəfər süni tənəfüz cihazına qoşulub.
Müalicə olunanların ümumi sayı 9156, sağalanların ümumi sayı isə 398 nəfərdir.











