Bu sahələrdə xüsusi sanitar rejim tətbiq ediləcək –  Rəsmi

Bu sahələrdə xüsusi sanitar rejim tətbiq ediləcək – Rəsmi

01.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” qərar qəbul edib.

Axşam.az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq ediləcək:

– qida məhsullarının ticarəti üzrə fəaliyyət;

–  ictimai-iaşə müəssisələrinin fəaliyyəti;

– turizm və hotelçilik fəaliyyəti;

– ictimai nəqliyyatın fəaliyyəti;

– vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti;

– müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti.

Baş dövlət sanitariya həkiminə “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun tələblərinə uyğun olaraq aşağıdakı metodiki göstərişləri təsdiq etmək tapşırılıb:

“Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

– “Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

– “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

– “Turizm və hotelçilik sektorunda koronavirus (COVID19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

– “İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

– “Vətəndaşların qəbulunu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

 – “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”.

Share