Paytaxtda 7 min manatlıq geyim əşyaları oğurlanıb
02.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədova məxsus saxlanc yerindən 7000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ü.Səfərli və Q.Eyvazov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisində S.Əlizadənin velosipedini oğurlamaları da müəyyən edilib.









