Metroda tibbi maska taxmaq tələb olunacaq
02.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Pandemiya dövründə metroya daxil olanda tibbi maska taxmaq tələb olunacaq.
Axşam.az-ın “koronavirusinfo.az” saytına istinadən məlumatına görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərində məlumat verilib.
Qeyd edilib ki, bilet kassalarının, ödəməterminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə – metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalıdır. Eyni zamanda məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində – yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır.











