Krit adasında 6,4 bal gücündə zəlzələ olub
02.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Şərqi Aralıq dənizində Krit adasının cənubunda güclü zəlzələ olub.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin Türkiyə vaxtı ilə saat 15:51-də 6,4 bal gücündə, yerin 6,6 kilometr dərinliyində qeydə alındığını açıqlayıb.
Dağıntı və itkilər barədə hələlik məlumat yoxdur.










