Türkiyədə daha üç terrorçu hüquq-mühafizə orqanlarına təslim olub
02.05.2020Türkiyə Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Təşkilatının (MİT) birgə fəaliyyəti nəticəsində daha üç PYD/YPG terrorçusu hüquq-mühafizə orqanlarına təslim olub. AZƏRTAC xəbər verir ki, bununla cari ildə təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların sayı 75 nəfərə çatıb. MİT tərəfindən mayın 1-də İraqın şimalındakı Gara bölgəsində həyata keçirilən antiterror əməliyyatında isə PKK/KCK mənsubu olan iki terrorçu məhv edilib.
Milli Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, İraqın şimalında və Suriyada “Sülh çeşməsi” antiterror əməliyyatı bölgəsində terrorçulara məxsus çoxlu sayda silah və sursat ələ keçirilib.











